Ton balıqlı avakado qayığı - VİDEORESEPT

Ton balıqlı avakado qayığı - VİDEORESEPT

Tərkibi:
4 avakado
1 kasa ton balığı
1 dəstə şüyüd
1 qırmızı soğan
1 limon
1 kasa gilas pomidor
Zeytun yağı
Duz

Hazırlanması:
Avakadoları soyuruq və köndələn kəsib iki yerə bölürük. Nüvəsini çıxarırıq. Limon suyu, zeytun yağı və duzu qarışdırırıq, sos edirik. Avakadolaru bu sousa tapırıq və boşqaba düzürük.

Ton balığını qarışdırma qabına alırıq. Soğanı və şüyüdü doğrayıb əlavə edirik. Zeytun yağı və duz qoyub qarışdırırıq. Avakadoların üzərinə salatı bölüşdürürük. Üzərinə 1 budaq şüyüd batırırıq. Gilas pomidorlsrı ikiyə kəsib üzərinə yarım yarım qoyaraq xidmət edirik.

 

Bu kateqoriya üzrə digər xəbərlər