Vafli borucuqları

Vafli borucuqları

Ərzaqlar:

Un – 100 qr.
Şəkər – 100 qr.
Kərə yağı – 30 qr.
Yumurta – 2 ədəd

Hazırlanması:

Ələnmiş una şəkər və yumurtalar vurulub, bərabər kütlə alınana kimi qarışdırılır. Yarı duru xəmir alınmalıdır. Kərə yağı əridilir, xəmirə qatılır.
Vafli bişirən isidilir, xəmirdən üzərinə yayılır və bişirilir. Elə isti-isti borucuq kimi əşyadan, silindrdən istifadə edərək ona bükülür ki, forma alsın. Soyuduqdan sonra içərisinə ürəyiniz istəyən içlik, krem doldura bilərsiz.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər