Yeni tikilən binalara "kupça" veriləcək

Yeni tikilən binalara

Yaxın gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mobil ofisləri əhatə dairəsini genişləndirəcək.

Bunu Bakıda Əmlak idarəsçiliyinə həsr olunan beynəlxalq tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK), Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin rəis müavini Elşad Məmmədov deyib. Onun sözlərinə görə, hazırda bu ofislərdən yalnız ucqar kənd və qəsəbələrdə yaşayanların daşınmaz əmlakının dövlət qeydiyyatına keçirmək üçün istifadə olunur. Tədricən isə Bakıda və iri şəhərlərdə tikilən yeni yaşayış binalarının sakinləri, eləcə də yeni yaşayış massivlərində yaşayanlar da mobil ofislərin xidmətindən istifadə edə biləcək.

(fins.az)

Bu kateqoriya üzrə digər xəbərlər