Albalılı keks

Albalılı keks

Ərzaqlar:
Yumurta – 4 ədəd
Şəkər tozu  - 250 qr.
Bitki yağı – 60 ml.
Qatıq – 125 ml.
Qaymaq – 200 ml.
Un – 6 st.
Vanilin – 1 paket
Qabartma tozu – 1 paket
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
Üstü üçün albalılar

 

Hazırlanması:
Qeyd: Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
Yumurta ilə şəkəri 7-8 dəqiqə mikserdə çalırıq. Sonra ora bitki yağını əlavə edirik və yenə qarışdırırıq. Sonra qatığı və qaymağı da əlavə edirik, yenə mikserdə çalırıq.
Qarışığa ələnmiş unu, vanili və qabartma tozunu da qatırıq. Mikserdə xama qatılığında xəmir alınana kimi çalırıq. Sonra onu kərə yağı ilə yağlanmış formanın içinə tökürük və üzərini albalılarla bəzəyirik.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 45-50 dəqiqə bişiririk. Soyuyandan sonra üzərinə bolluca şəkər kirşanı səpirik.
Nuş olsun!

 

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər